Safe Point

Ölkəmizi hər kəs üçün daha təhlükəsiz edirik

Who We are

Biz kimik

“Safe Point” icmalara həyatlarını davam etdirməyə və gələcəklərini bərpa etməyə kömək etmək üçün yaradılmışdır. “Safe Point” QSC-nin əsas məqsədi münaqişədən zərər çəkmiş ərazilərdə mina, kaset sursatları və partlamamış bombaların yarada biləcəyi təhlükələri aradan qaldırmaqdır.

“Safe Point” minaların aşkarlanmasına, identifikasiyasına və aradan qaldırılmasına, həmçinin partlayıcı sursatların zərərsizləşdirilməsinə fokuslanıb.

Əsas məqsədimizə əlavə olaraq, yüksək standartlı xidmətləri təmin etmək üçün işçilərimizin idarəetmə bacarıqlarını daha da inkişaf etdirməyə calışırıq.

Qeyd etmək vacibdir ki, ərazilərin minalardan təmizlənməsində etibarlılığını qoruyub saxlamaqda davam edən əl ilə təmizləmə üsulu ilə yanaşı, biz həm də müxtəlif sayda müasir avadanlıqlardan istifadə edirik.